Aysel Məhəmməd qızı Teymurzadə Azərbaycan müğənnisi.
Aysel Teymurzadə 1989-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. Atası ixtisasca jurnalistdir. Uzun illər Azərbaycan Dillər Universitetinin fəlsəfə kafedrasının müdiri olub. Anası elmlər doktoru və Bakı Slavyan Universitetinin müəlliməsidir. Özündən 16 və 14 yaş böyük iki bacısı var. Uşaqlıqda üzgüçülük, bədii gimastika ilə məşğul olub, balet məktəbində dərs alıb. 9 yaşında incəsənət məktəbinə daxil olub, 12 yaşında məktəbin həndbol komandasın üzv qəbul olunub və idmanla ciddi məşğul olmaq fikrinə düşüb. Eyni zamanda, xarici dilləri öyrənməyə başlayıb, hazırda İngilis, alman, İspan, rus və türk dillərində danışa bilir. 14 yaşından xoreoqrafiya ilə məşğul olmağa başlyıb. 2006-cıl ildə Bakı “İntellekt” liseyini bitirib. 2001-2005-ci illərdə fortepiano dərsləri alıb.
Hələ uşaq vaxtlarından oxumağa meyl edib. “Pöhrə” və “Tələbə baharı” müsabiqələrinin iştirakçısı olub.
2004-cü ilin avqustunda ABŞ-ın Texas ştatında High School-a daxil olub. 2005-2006-cı illərdə burada oxuyub. Bu müddət ərzində Amerikada gənclərin musiqi müsabiqələrində çıxış edib və hətta qızıl medala layiq görülüb. Azərbaycana qayıtdıqdan sonra “Yeni Ulduz-4” telelayihəsində iştirak edib.
Hazırda Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir.
(alt+p)
İctimai Televiziyanın keçirdiyi daxili seçim turlarının nəticəsinə əsasən Moskvada Avroviziya 2009 mahnı müsabiqəsində Azərbaycanı Arəşlə birgə "Always" mahnısı ilə təmsil etdi və üçüncülük əldə etdi.
Aysel Teymurzadə Evroforum.som.ru internet forumunda "Avroviziya gözəli" seçilib.